Очистить

Примечание:Test-drive qeydiyyatdan keçmək üçün bütün xanaları doldurub göndərməyiniz xahiş olunur.

Очистить

Примечание: texniki baxışdan keçmək üçün bütün xanaları doldurub göndərməyiniz xahiş olunur.

Новости

Great Wall-un Azərbaycanda rəsmi nümayəndəliyi açıldı

00:36 05.06.14

Great Wall-un Azərbaycanda rəsmi nümayəndəliyi açıldı 

Azərbaycan daha bir beynəlxalq avtomobil şirkətinin nümayəndəliyi fəaliyyətə başladı. Çində ən böyük özəl avtomobil istehsalçısı olan “Great Wall” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi fəaliyyətə başladı.

Bu barədə şirkətin Azərbaycandakı nümayəndiliyindən bildirilib ki, şirkət müştərilərinə bir neçə üstünlüklərə malik avtomobillər təqdim edir.

“Birincisi, bu təhlükəsizlikdir. 2009-cu ildə bu markanın avtomobilləri Avropa İttifaqında sertifikatlaşdırmadan keçiblər ki, bu da Çinin avtomobil şirkətləri arasında ilk belə haldır. Buraxılan modellər həm Avropanın ekoloji standartları, həm də təhlükəsizlik standartlarına tam uyğundur. Onlar təhlükəsizlik yastıqları, ABS-li disk əyləcləri və digər aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz olunublar.  

İkincisi, bu keyfiyyətdir. Biz yeni avtomobillərə üç il və ya 100000 km yürüş zəmanəti təqdim edirik. Onların keyfiyyəti dünya bazarında bu avtomobillərin daim artan populyarlığının əsas amillərindən biridir” – deyə, şirkətdən bildirilib.

Şirkət haqqında məlumata gəlincə isə Great Wall-un işçilərinin ümumi sayı 38 000-dən çoxdur. Konsern Çinin ən böyük 500 müəsissəsi sırasına daxildir.

Great Wall Motors krossoverlər, yüksək keçimli avtomobilləri, pikaplar, sedanlar, minivenlər və limuzinlər istehsal edir.

1998-ci ildən “Great Wall” Çində pikapların satış həcminə görə birinci yerdə qərarlaşır. Great Wall Motors -un istehsal etdiyi mühərriklər Çinin digər avtomobil istehsalçılarına da tədarük olunur.

2006-cı ilin sentyabrından Great Wall Motors şirkəti öz məhsullarının Avropa bazarına ixracına başlayıb.

“Bütün sadalanan üstünlükləri sizə optimal qiymətə təklif edirik. Bundan başqa, alıcılarımız sərfəli kreditləşdirmədən də istifadə edə bilərlər. Biz həmçinin Rusiya istehsalı olan bütün avtomobillərin sahiblərinə sərfəli barter şərtləri təklif edirik”.