Təmizlə

Qeyd:Test-drive qeydiyyatdan keçmək üçün bütün xanaları doldurub göndərməyiniz xahiş olunur.

Təmizlə

Qeyd: texniki baxışdan keçmək üçün bütün xanaları doldurub göndərməyiniz xahiş olunur.

Xəbərlər

BIMS 2014 Bakı Beynəlxalq Motor Şousu

02:53 06.06.14

“BIMS-2014” – regional avtomobil bazarının parlaq tədbiri

Bakı Ekspo Mərkəzində Bakı Beynəlxalq “Motor Şou” (“BIMS-2014”) sərgisi öz işinə başladı. Sərgi avtomobil texnikası və komplektləşdirici hissələrinin aparıcı brendləri üzrə həm Azərbaycanlı, həm də xarici istehsalçıları, distribyutorları və dilerləri bir araya gətirdi. “BIMS-2014” sərgisində dünyanın 14 ölkəsindən 85 şirkət iştirak edir. Bu ölkələrin arasında Almaniya, Çin, Polşa, Rusiya, Türkiyə və digər ölkələr var. Ümumi sərgi meydançasının yarıdan çoxu yerli şirkətlər tərəfindən tutulub. Sərginin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

Açılış mərasimində sərgi iştirakçılarına Azərbaycan Respublikası Avtomobil Federasiyasını prezidenti Anar Ələkbərovun salamlama məktubu oxundu. Bu məktubda ölkəmizin sürətli iqtisadi inkişafı, xüsusilə də, respublikada avtoparkın genişləndirilməsi və müasirləşdirilməsi qeyd olunurdu. Bu baxımdan, milli avto-idman infrastrukturunun, ölkədə yaxşı ənənəyə çevrilmiş avtomobil yarışları və ixtisaslaşdırılmış sərgilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Sərgini əsas hadisələri “Suzuki” ,“Great Wall”, “Volvo” və “Toyota” şirkətlərinin məşhur brendlərinin təqdimatı, “Lexus” şirkətini hibrid modellərinin (“Lexus RX Hybrid”, “Lexus GS Hybrid”) premyerası, bazarın aparıcı fiqurlarının ən yaxşı modellərinin “test-drayv”ları oldu. Motosiklet dilerləri “Aprilia”, “Suzuki”, “Harley Davidson”, “Vespa”, “Bike-Lift”, “Yamaha”, “Haojue” və “Piaggio Zontes Scoyco Polaris” modellərini nümayiş etdirirlər. Təqdimatlar sərginin keçirildiyi bütün üç gün ərzində sərgi ziyarətçilərini sevindirəcək. Təqdimatlar və “test-drayv”ların ətraflı siyahısı ilə sərginin veb-saytında tanış olmaq mümkündür.

Sərginin qonaqları Azərbaycan bazarında yeniliklərin ilk sahibləri olmaq baxımından unikal imkan əldə etdilər. Burada minik maşınları və motorlu nəqliyyat, eləcə də kommersiya nəqliyyatı, avtomobillər üçün ehtiyat hissələri və ləvazimatlar avtomobil həvəskarları və sənaye peşəkarlarının diqqətinə təqdim olundu. Kommersiya nəqliyyatı sektorunda “GAZ”, “HOVO”, “Isuzu”, “MANN” və “Mitsubishi” şirkətlərinin istehsalı olan yedək maşınları, özüboşaldan yük maşınları və müxtəlif növ məhsulların daşınması üçün nəzərdə tutulmuş yarım-qoşqular nümayiş etdirilir.

Avtomobillər üçün ehtiyat hissələri, avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasına aid olan digər məhsullara həsr olunmuş tematik bölmə də sərgidə mühüm yer tutur. Azərbaycan Respublikası Avtomobil Federasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası layihəyə rəsmi dəstək göstərirlər. Sərginin beynəlxalq statusu Ümumdünya Sərgi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq edilir. Sərginin sponsoru qismində isə “Toyota” şirkəti çıxış edir. 2014-cü ildə Azərbaycanda keçirilən bütün sərgilərin rəsmi tərəfdaşları “JW Marriott Hotel Absheron Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “Greenwich Travel Club” (turoperator) və “SafeLife” (təhlükəsizlik) şirkətləridir.